Hafiz Hacıyev: Bu insanların hamısı dövlətə baş qaxıncıdırbackend

Hafiz Hacıyev: Bu insanların hamısı dövlətə baş qaxıncıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pul olan yerdə onlar üçün çöl və yaxud içəri, fərqi yoxdur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri yenisabah-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

O, həbsə düşüb, lakin cəza müddətlərini Müalicə Müəssisələrində çəkən məmurlar barəsində danışıb və məsələyə özünəməxsus tərzdə şərh verib: “Yadınıza gəlirsə, Baş nazirin keçmiş müavini, “Qaçqınkom”un keçmiş sədri, Ramiz Mehdiyevin qudası Əli Həsənovun nəvəsi adam öldürdü, amma ona həbsxanada elə kottec tikdilər ki, gəl-görəsən. İndi bunlar üçün fərqi yoxdur. Bunlar milyardları yesinlər, dövləti dağıtsınlar, sonra həbsdə yatsınlar, 2 maşın daş tökdürüb bağ tikdirsinlər, daha sonra 2-3 dustağı ora yerləşdirsinlər, yemək, içmək və s…

Pul hakimdir həbsxanalarda. Biz də həbsxanalarda olmuşuq. Orada kimin pulu varsa, o şahdır. Bunlar da ölkəni talan ediblər, aparırlar dağıtdıqları pulu verirlər oradakı məhbuslara ki, bunların köməkçisi olsun. Bunlar yaxşı yaşayırlar orada. 3-4 il dincəlib sonda çıxırlar”.

H.Hacıyev əlavə edib: “Mən bunlara pis baxıram. Bu insanların hamısı dövlətə baş qaxıncıdır. Bunu edirlər, xalq da bunu görür və millətdə belə əhval-ruhiyyə yaranır ki, qanunsuzluq, ədalətsizlik hər yerdə var. Bunların hamısı dövlət üçün mənfi haldır. Xalq arasında söz var: “Elin gözü tərəzidir”. Xalq hər şeyi görür və hər şeyi də qiymətləndirir. İndi dağıdıblar, yeyiblər, gedirlər həbsə və hamısı da orada yaxşı da yaşayır.

Qanun qanundur və hamı üçün eyni olmalıdır. İnsan kasıb da ola bilər, varlı da. Amma bu icra başçıları varlı da deyil axı. Bunlar xalqın pulunu talayıb türmələrdə yeyirlər. Yəni öz biznesi olmayıb, xalqın hesabına yığılan vəsaitdir”.

MMP sədri Cavanşir Feyziyev qalmaqalından da yan keçməyib: “Məsələn, Ziya Məmmədov getdi, şeir də yazdı, namaz da qıldı. İndi başqaları da ona baxıb bunu edir. Onların dinləri-imanları var ki, dinə-imana da gələlər?! Onlar dinsiz-imansız adamlardır! Görmürsünüz, Cavanşir Feyziyev Azərbaycanın pulunu Londonda qoyur, axırda da London məhkəməsi hamısının keçirir öz dövlətinin hesabına. Bu kimin puludur? Azərbaycanın puludur, sənin, mənim pulumdur. Amma Feyziyev həm jurnalistləri söyür, həm də başlayıb başqa oyunlara girməyə. İçəri düşəndə də olurlar dindar, mömin, şair. Bu cür insanlara güzəşt olmamalıdır”, – deyə müsahimibiz fikirlərini tamamlayıb.