Hafiz Hacıyev pensiyadan İMTİNA ETDİ: Mənə lazım deyilbackend

Hafiz Hacıyev pensiyadan İMTİNA ETDİ: Mənə lazım deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev 66 yaşı olmasına baxmayaraq, pensiya almadığını deyir.

Bu barədə NOCOMMENT.az-a açıqlama verən partiya sədri indiyədək ona pensiya kəsilmədiyini söyləyib.

H. Hacıyev pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək niyyətində olmadığını vurğulayıb.

“Nə pensiya alırıq, nə də müavinət. Yaşım düşsə də, pensiya almaq üçün kiməsə müraciət etmək istəmirəm. Heç pensiya barədə düşünmürəm də. Mənə lazım deyil. Necə ki, xəstələnməyimə baxmayaraq, TƏBİB-ə müraciət etmədim, pensiya üçün də müraciət etmək barədə düşünmürəm. Mənə pensiya düşürsə belə, həmin vəsaitin qazilərə verilməsinə hazıram”, – deyə partiya sədri pensiyadan imtina etdiyini bildirib.

Qeyd edək ki, Hafiz Hacıyev 1982–1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri, Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin rəisi, 1989–90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru vəzifələrində, 1991–1992-ci illərdə “Azərbalıq” İstehsalat Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində çalışıb.