Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldubackend

Hafiz Hacıyevin vəziyyəti ağırlaşdı: Süni tənəffüs aparatına qoşuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət öncə yeni növ koronavirus (COViD-19) infeksiyasına yoluxan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev evə buraxılsa da, səhhətindəki problemlər aradan qalxmayıb.

NOCOMMENT xəbər verir ki, yenisabah Hafiz Hacıyevın durumu ilə maraqlanıb.

Siyasətçi açıqlamasında evdə müalicə aldığını, vəziyyətinin kafi olduğunu qeyd edib: “Məni xəstəxanadan yenidən evə buraxıblar, hazırda evdə müalicə olunuram, oksigen (süni tənəffüs) aparatına qoşulmuşam. Sizinlə çətinliklə danışıram. Çox sağ olun, axtardığınız üçün, Allah köməyiniz olsun”.

Qeyd edək ki, Hafiz Hacıyev bundan əvvəl Türkiyədə müalicə olunub.