Hakan Fidan beynəlxalq ictimaiyyətə səslənibbackend

Hakan Fidan beynəlxalq ictimaiyyətə səslənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Beynəlxalq ictimaiyyət hələ də Qəzzada və İordan çayının qərb sahilindəki qətliamı dayandırmaqda acizdir. İsraillilərlə Fələstinlilər arasında sülhü təmin etmək və nəzarət etmək üçün qarant mexanizmi yaradılmalıdır”.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Hakan Fidan BMT Təhlükəsizlik Şurasında keçirilən yüksək səviyyəli Fələstin sessiyasında belə deyib.

Qəzzada humanitar dağıntıların ciddi həddə çatdığını vurğulayan nazir dərhal atəşkəs və bölgəyə humanitar yardımların tez bir zamanda çatdırılmasının vacib olduğunu bildirib.