Hakan Fidan Blinkenlə Cənubi Qafqazı MÜZAKİRƏ EDİBbackend

Hakan Fidan Blinkenlə Cənubi Qafqazı MÜZAKİRƏ EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinkenlə Türkiyə xarici işlər naziri Hakan Fidan Cənubi Qafqazda sülh prosesini də müzakirə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Blinken “X” hesabında bildirib. Görüş ötən gün Praqada NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutub.

Blinken qeyd edib ki, görüşdə Qəzzaya humanitar yardımın artırılmasının əhəmiyyəti və Qafqazda sülh və rifahı dəstəkləmək yolları müzakirə olunub.