Hakan Fidan İraq prezidenti ilə görüşdübackend

Hakan Fidan İraq prezidenti ilə görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Bağdadda İraq prezidenti Əbdüllətif Rəşit ilə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə,  görüşdə ikitərəfli ticarəti artıran,antiterrorizm və iki ölkə arasında sərhədi keçən sulardan səmərəli istifadə məsələləri müzakirə edilib.

Xarici işlər naziri Fidan dünən Bağdada rəsmi səfər edib və iraqlı həmkarı Fuad Hüseynlə görüşdən sonra birgə mətbuat konfransında açıqlamalar verib.

Nazir Fidanın İraqın Baş naziri Məhəmməd Şiya es-Sudani, parlament sədri Məhəmməd Halbusi və Bağdaddakı türkmən icmasının nümayəndələri ilə də görüşü gözlənilir.

Xarici işlər naziri Fidan Ərbildə İraq Kürd Regional Rəhbərliyi (İKRG) rəsmiləri ilə də görüşəcək.