Xarici işlər naziri Hakan Fidan paytaxt Bakıda Malayziya, Belarus və Özbəkistanın xarici işlər nazirləri ilə görüşüb
NOCOMMENT.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin “Twitter” hesabından verilən açıqlamada Bakıda keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində nazir Fidanın üç həmkarı ilə görüşlərinin fotoşəkilləri yer alıb.
Paylaşımda nazir Fidanın Malayziyanın xarici işlər naziri Zambri Abdul Kadir, Belarusun xarici işlər naziri Sergey Aleynik və Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov ilə ayrı-ayrılıqda görüşdüyü bildirilib.
NOCOMMENT.AZ