“Ramazandan əvvəl Qəzzada atəşkəsə nail olmaq üçün səylər göstərilir”.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
O qeyd edib ki, Qəzzaya humanitar yardımların necə çatdırılmasına dair müzakirələr də Forum çərçivəsində baş tutub.