Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın İsrailin İordan çayının qərb sahilini ilhaq etməyəcəyinə söz verdiyini bildirib.
NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, Fidan Trampın təklif etdiyi atəşkəs planının əvvəlcə müzakirəyə təqdim olunduğunu və ABŞ-ın nazirlərə danışıqlar üçün sahə açdığını qeyd edib.
Nazir onu da əlavə edib ki, ABŞ əvvəlcə İsraili qeyd-şərtsiz dəstəkləyən ölkə olsa da, indi sülhə can atan siyasət yürüdür.