Hakan Fidandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı AÇIQLAMAbackend

Hakan Fidandan Rusiya-Ukrayna münaqişəsi ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmanın tezliklə əldə edilməsi ehtimalının yüksək olduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Türkiyənin “TRT World” televiziya kanalına verdiyi müsahibədə bildirib.

“Hazırda razılaşma bağlamağa çox yaxınıq. Deyə biləcəyim budur”, – o deyib.

Hakan Fidan əlavə edib ki, Ankara bu məsələ ilə bağlı həm Moskva və Kiyevlə, həm də ABŞ və Avropa ölkələrinin nümayəndələri ilə aktiv əlaqə saxlayır.

Türkiyənin xarici işlər naziri qeyd edib ki, bütün tərəflərin tələblərini uyğunlaşdırmaq, formatı müəyyən etmək və nizamlama planı hazırlamaq çox çətin bir işdir.

Onun sözlərinə görə, Türkiyə Ukraynada “istənilən atəşkəsi, istənilən sülhü alqışlamağa” hazırdır.(musavat.com)