Hakim işə baxmaqdan imtina etdi – Təqsirləndirilən şəxslə qohumluq əlaqəsinə görəbackend

Hakim işə baxmaqdan imtina etdi – Təqsirləndirilən şəxslə qohumluq əlaqəsinə görə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

NOCOMMENT.az xəbər verir ki, hazırlıq iclası hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Təqsirləndirilən şəxslərdən biri ilə qohumluq əlaqəsi olduğuna görə tərkib heyətində olan hakim Telman Hüseynov özü-özünə etiraz edərək işə baxmaqdan imtina edib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb.