Hakim Ülvi Həsənlinin həbsinin uzadılması ilə bağlı qərarı qüvvədə saxladıbackend

Hakim Ülvi Həsənlinin həbsinin uzadılması ilə bağlı qərarı qüvvədə saxladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 27-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbsinin uzadılmasından verilən şikayətə baxılıb.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb.

Hakim həbs müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha üç ay artırılıb.

Xatırladaq ki, ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.