Hakimi təhqir edən baş məşqçi beş oyunluq cəzalandırıldıbackend

Hakimi təhqir edən baş məşqçi beş oyunluq cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan II Liqasının IX turunun “Ağdaş” – “Füzuli” oyununun 43-cü dəqiqəsində “Ağdaş” komandasının baş məşqçisi Ruslan Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalandırılıb.

NOCOMMENT.az xəbər verir ki, “Ağdaş” klubu baş məşqçinin bu hərəkətinə görə əlavə olaraq 400 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Ağdaş” – “Füzuli” görüşü meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.