Hakimi təhqir etdilər, texniki məğlubiyyət aldılarbackend

Hakimi təhqir etdilər, texniki məğlubiyyət aldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA İntizam Komitəsi Region Liqasında hakimləri təhqir edən şəxsləri cəzalandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Bildirilib ki, “Ümid” (Saatlı) komandası ilə görüşdə “Olimpiya Ağcabədi”nin ehtiyat oyunçuları və özünü komandanın nümayəndəsi adlandıran şəxs hakimin üzərinə yüyürərək təhqiramiz ifadələr işlədiblər və referini təhdid etdiklərinə görə matç yarımçıq dayandırılıb.

Bu səbəbdən Ağcabədi təmsilçisinə texniki məğlubiyyət verilib.

“Olimpiya Ağcabədi”nin futbolçusu Cəlil Abdullayev və onun komanda yoldaşı Şahin Rüstəmov ədalət təmsilçisini təhqir etdikləri üçün 5 oyunluq cəzaya məruz qalıblar.

“Cürət” komandasının oyunçusu Murad İsayev İCBFA ilə qarşılaşmada referini təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb. Rəqib komandadan Nadir Əzimli də bu hərəkətə görə eyni cəzanı alıb.

AFFA U-10 Liqasında da hakim təhqir olunub. “Azəri” komandasının baş məşqçisi Elşən Əliyev “Lokomotiv” (Gəncə) ilə görüşdə texniki zona qaydalarını pozaraq meydana çıxıb. Ardınca ədalət təmsilçisini təhqir edib və ona qarşı əl-qol hərəkətləri etdiyi üçün 6 matçlıq diskvalifikasiya olunub.