Hakimiyyəti ələ keçirməyə çalışan silahlı qrup zərərsizləşdirildibackend

Hakimiyyəti ələ keçirməyə çalışan silahlı qrup zərərsizləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın xüsusi xidmət orqanları hakimiyyəti silahlı ələ keçirməyə hazırlaşan “Skif Macarıstanı” qrupunu zərərsizləşdirib.

NOCOMMENT.az xəbər verir ki, “İzvestiya”nın məlumatına görə, 10 məntəqədə həbs və axtarış aparılıb, 11 nəfər saxlanılıb, onlardan 8-i dindirilib.

2023-cü ilin noyabrında qrup üzvlərinin “Skif Macarıstanı” üçün milli hərbi birləşmələr yığdıqlarına dair video paylaşılıb. Qruplaşma üzvləri hökumətin keçmiş və indiki üzvlərini həbs etmək niyyətində olublar və müqavimətlə qarşılaşacaqları təqdirdə döyüşməyi düşünüblər.

Həmin andan xüsusi xidmət orqanları qrupun fəaliyyətini izləməyə başlayıb, konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə hazırlıqla bağlı iş açılıb, iştirakçıların kimliyi müəyyən edilib.

Yanvarın 24-ü səhər saatlarında radikal qruplaşmanın üzvləri həbs edilib. Onların evlərində axtarış zamanı silah, sursat, saxta sənədlər, o cümlədən diplomatik sənədlər, Macarıstan dövlətinin mövcudluğunu inkar edən digər sənədlər, kompüter avadanlığı aşkar edilib.