“Hallowen” bayramında kütləvi atışma: Ölən və yaralananlar var – FOTObackend

“Hallowen” bayramında kütləvi atışma: Ölən və yaralananlar var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da “Hallowen” şənlikləri zamanı kütləvi atışmalar qeydə alınıb.

Ümumilikdə ştatlarda altı atışma olub: ikisi Texasda, ikisi Kaliforniyada, biri İllinoysda və biri Nyu-Meksikoda. Nəticədə azı 6 nəfər ölüb, 33 nəfər yaralanıb.

Ekspertlərin sözlərinə görə, indiyə qədər “Hallowen”də bu cür kütləvi qanun pozuntusu qeydə alınmamışdı.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verənlərlə əlaqədar araşdırmalara başlayıblar.

oxu.az