HAMAS 13 israilli girovu BQXK-ya təhvil veribbackend

HƏMAS 10 israilli girovu BQXK-ya təhvil verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən saxlanılan daha bir girov qrupunun Qəzza zolağında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verilməsi prosesi başlayıb. BU barədə “Əl-Qahirə Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, bu, Fələstin anklavında münaqişə tərəfləri arasında humanitar atəşkəsin qüvvəyə minməsindən sonra azad edilən beşinci girov qrupudur. Bu qrup 10 nəfərdən ibarətdir.

Noyabrın 28-də Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında humanitar atəşkəsin yaxın gələcəkdə daha iki gün uzadılmasının mümkünlüyünü açıqlayıb.