HAMAS İsraildən FƏTH-in hərbi qanadının liderinin azad edilməsini tələb edibbackend

HAMAS İsraildən FƏTH-in hərbi qanadının liderinin azad edilməsini tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HAMAS İsraillə girov və məhbus mübadiləsi razılaşmasının bir hissəsi olaraq FƏTH-in hərbi qanadının lideri Mərvan Barqutinin azad edilməsini tələb edib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” məlumat yayıb.

Məlumata görə, vasitəçilər və ABŞ da Barqutinin azad edilməsinə dəstək ifadə edir.

64 yaşlı Mərvan Barqutiyə həm İordan çayının qərb sahilində, həm də Qəzzada geniş dəstək var.

Qeyd edək ki, Fələstinin FƏTH hərəkatının silahlı qruplaşması olan Tənzim-in keçmiş lideri Barquti 2004-cü ildə İsrail məhkəməsi tərəfindən beş israillinin öldürülməsi və çoxlu sayda yaralanması ilə nəticələnən terror aktlarına görə beş məcmu ömürlük və 40 il həbs cəzasına məhkum edilib.