Hamilə qadın xəstəxanada ÖLDÜbackend

Hamilə qadın xəstəxanada ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bərdədə hamilə ölümü baş verib.

NOCOMMENT.az xəbər verir ki, Bərdə Mərkəzi Rayon Xəstəxanasından Medicina.az -a verilən məlumata görə, 1991-ci il təvəllüdlü rayon sakini Hüseynova Naibə Mürvət qızının ölümünə tromboemboliya səbəb olub.

Məlumata görə, gənc qadın dünən axşam saatlarında kəskin qanaxma ilə xəstəxanaya gətirilib. Erkən hamiləlik dövründə olan qadının dərman qəbul edərək hamiləliyi ləğv etmək istədiyi, bundan sonra qanaxma yarandığı məlum olub.

Əməliyyat zamanı onun vəziyyəti kəskin pisləşib və həkimlərin səyinə baxmayaraq N. Hüseynovanı xilas etmək mümkün olmayıb.

medicina.az