Sosial şəbəkələrdə “Oksigen” klinikasında çalışan radioloq Aynur Qəribova barədə şikayət paylaşılıb. Hamilə bir qadın öz təcrübəsini bölüşərək, həm həkimin, həm də onun köməkçisinin xəstələrə qarşı münasibətindən narazılığını ifadə edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şikayətdə bildirilir ki, qadın tələsik şəkildə Aynur Qəribovanın qəbuluna yazılıb, lakin klinikada ona qarşı hörmətsizlik və laqeydlik nümayiş etdirilib:
“Gedməmişdən üç dəfə soruşdum ki, uzun gözləmə varsa bilim, çünki körpə uşaq qoyuram evdə. Dedilər ki, bizdə elə bir şey ola bilməz, maksimum 5-10 dəqiqə gözləyəcəksiniz. Amma düz 55 dəqiqə gözlədim. Yenə də başa düşmək olar, insanlıq halıdır. Amma həkimin xəstələrlə kobud davranışı məni şoka saldı.”
Şikayətçi iddia edir ki, həkim köməkçisi ilə birlikdə onun haqqında xəstəxananın digər pasiyentinin yanında ironiya ilə danışıb:
“WC-də (ayaqyolunda) olduğum vaxt mənim arxamca danışmaları ikinci dəfə məni şoka saldı. Fikrimizi bildirəndə isə yüksək səslə danışaraq sanki orada dava salırdı.”
Narazı vətəndaş hesab edir ki, həkim ilk növbədə xəstələrə, xüsusilə də hamilə qadınlara qarşı diqqətli və nəzakətli olmalıdır:
“Həkim o insandır ki, onun yanına gələn xəstəyə necə davranmaq lazım olduğunu bilir. Onun öz köməkçisi də eyni dərəcədə kobud idi. Elə birinin yanında mədəni köməkçi ola bilməzdi.”
32gun.az bildiri ki, klinika kommersiya qurumu kimi dövlət reyestrində rektorun köməkçisi Həsənov Füzuli Abbas oğlunun qanuni təmsilçiliyi ilə dövlət qeydiyyatına alınıb. Nİzamnamə kapitalı isə 20 manatdır.
Xatırladaq ki, həm “Muğanbank”, həm də “Oksigen Klinikası”nın sabiq millət vəkili “Odlar Yurdu Universitetinin rektoru, sabiq deputat Əhməd Vəliyevə məxsus olduğu mətbuatda geniş yayılıb. Sonradan o müsahibəsində ” “Oksigen Klinikası” mənim həyat yoldaşımındır, onun adınadır. Klinikanın binası da mənim adımadır.
“Muğanbank”ın nə mənə, nə də mənim övladlarıma heç bir aidiyyəti olmayıb. “Muğanbank” kürəkənindir. Onun da öz nəsli, öz kökü var. Yad bir adamdır. Bankın mənə nə aidiyyəti ola bilər ki? 30 ildir özü işləyib. Mənə aidiyyəti olsaydı, mən heç qoyardım ki, o düz işləməsin? Ona görə də mənə aidiyyəti olsaydı, belə bir problemlə qarşılaşmazdılar” deyib.
Onu da bildirək ki, oğlu Samir Vəliyev Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatıdır.
Əhməd Vəliyevin digər oğlu, universitetin prorektoru Munir Vəliyevdir.