Hamilə qalan azyaşlı və körpəsi nəzarətə götürüldü – RƏSMİbackend

Hamilə qalan azyaşlı və körpəsi nəzarətə götürüldü – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məsələ barədə məlumat yayıb.

NOCOMMENT qurumdan bildirilən məlumata əsasən xəbər verir ki,  faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təsdiqlənib və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanılıb.

Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb.

Uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək.

Aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək. 

Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək.

“Valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur”, – Dövlət Komitəsinin məlumatında qeyd edilib.