Hamının eyni anda, eyni şəraitdə tərxis olunması mümkün deyil – Hərbi ekspertbackend

Hamının eyni anda, eyni şəraitdə tərxis olunması mümkün deyil – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Baş komandan, cənab İlham Əliyev əsgərlərin mərhələli şəkildə tərxis olunması ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən əsgərlərin tərxis olunması dekabrın 25-dən, aprelin 15-dək gözlənilir. Tərxisin hansı şəkildə aparılacağı çox maraqlıdır. Maraqlıdır ki, ilk hansı yaş kateqoriyası və hansı rütbədə olan əsgər zabitlərimiz ilk, hansıları isə sona saxlanılacaq? Tərxis olunmada ailə vəziyyətidə nəzərə alına bilərmi?

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə hərbi vəziyyət ləğv olunandan sonra prezidentin səfərbərliklə hərbi xidmətə çağrılan heyətin mərhələli şəkildə tərxisi ilə bağlı sərəncam imzalaması gözlənilən idi:

“Sərəncama əsasən həmin heyətə daxil olan əsgər və zabitlərimizin dekabr ayının 25-dən aprelin 15-nə qədər tərxis olunması gözlənilir. Təbii ki, silahlı qüvvələrin müxtəlif qoşun növlərində o cümlədən Azərbaycan Ordusunda, Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində, Daxili Qoşunlarda xidmət edən heyəti əhatən edən bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün Nazirlər Kabinetinin müvafiq qərar qəbul edəcəyi gözlənilir”.

Ə.Verdiyev qeyd edib ki, Nazirlər Kabinetinin qəbul edəcəyi bu qərar həmin heyətin mərhələli şəkildə tərxis olunmasını nizamlanmasına yönələcək. Başqa sözlə desək, tərxis olunacaq heyətin hansı kateqoriyaların, hansı müddətdə tərxis olunması tənzimlənəcək.

Ekspertin fikrincə, burada həm yaş kateqoriyası, həm çağırışçıların ailə vəziyyət, həm də onların hazırda tutduqları vəzifələrin əhəmiyyəti nəzərə alınacaq:

“Lakin bu barədə hələ ki, rəsmi açıqlama olmadığı üçün dəqiq məlumat verilməsi və yaxud da vəziyyətin dəyərləndirilməsi mümkün hesab edilmir. Çünki səfərbəyliyə cəlb olunan heyət arasında həm zabit kateqoriyasına aid olanlar arasında həm zabit vəzifəsində xidmət edənlər, həm də əsgər və gizir kimi xidmət edənlər də mövcuddur. Onların hamısıının eyni anda, eyni şəraitində paralel olaraq təxris olunması mümkün deyil. Bu tərxis məsələlərində yeni xidmətə çağırılan heyətin də digər yeni bir heyət ilə əvəz olunması mütləq nəzərə alınmalıdır. Sərəncamın dünəndən qüvvəyə minməsinə baxmayaraq, artıq ehtiyatda yerləşən bəzi hərbi hissələrdən yaşı 27-dən yuxarı olan şəxsi heyətin tərxis edilib. Deməli bu proses gözləniləndən daha sürətlə həyata keçiriləcək”.