“Hamster Kombat” oyunçuları həbs oluna bilərbackend

“Hamster Kombat” oyunçuları həbs oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistanda “Hamster Kombat” mobil oyununun oyunçuları kriptovalyutaları geri götürdüklərinə görə 15 günə qədər həbslə üzləşə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli televiziyaya istinadən Özbəkistan-MDK Telegram kanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, Özbəkistan hakimiyyəti Hamster Kombat oyunçularına virtual sikkələrin kriptovalyutalara və real pula dəyişdirilməsinə görə inzibati məsuliyyət barədə xəbərdarlıq edib. Həbsdən əlavə, oyunçular 10,2 milyon sum (təxminən 71,2 min rubl) məbləğində cərimə də ola bilər.

“Hamster Kombat” virtual hamsterlərə klikləməyiniz və oyun valyutasını əldə etməyiniz lazım olan mobil klik oyunudur. Yaxın gələcəkdə tərtibatçılar oyunçuları onlara öz kriptovalyutalarını verməklə mükafatlandıracaqlarını vəd edirlər ki, bu da sonradan birjada satıla bilər.