Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahıbackend

Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 23 bank arasında fiziki şəxslərdən ən çox əmanət cəlb edən bank “Kapital Bank” ASC olub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, 1 aprel 2024-cü il tarixinə “Kapital Bank” tərəfindən cəlb edilən əmanətlərin həcmi 2 milyard 145,4 milyon manat olub.

İkinci sırada 2 milyard 83 milyon manat ilə “Beynəlxalq Bank” ASC (ABB), 3-cü sırda isə 1 milyard 679,2 milyon manat ilə “Paşa Bank” ASC yer alıb.

Ən az əmanət cəlb edən bank “Naxçıvanbank” olub. Bu bankda fiziki şəxslərin cəmi 1 milyon manat əmanəti olub.

Aşağıdakı cədvəldə bankların fiziki şəxslərdən cəlb etdikləri əmanətlər göstərilib: