Hansı məşhurlar Məhərrəmlikdə toya gedir? – Pulumuz bundan çıxırbackend

Hansı məşhurlar Məhərrəmlikdə toya gedir? – Pulumuz bundan çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yazılmamış qanunlara görə Məhərrəm ayında təmtəraqlı toy mərasimləri etmək, əyləncələr, şənliklər keçirmək məqsədəuyğun hesab olunmur. Azərbaycanın bir sıra rayonlarında Məhərrəmliyə həssas yanaşılır. Hətta bəzi yerlərdə televizora belə baxılmır. Çörəyi toydan, el şənliklərindən çıxan bəzi sənət adamları belə bu ayda toylara getmirlər.

Müğənni Xuraman Şuşalı ona bir neçə toy təklifi gəldiyini, amma qəbul etmədiyini söyləyib. Onun bu ayda toy edənləri qınaması birmənalı qarşılanmayıb.

NOCOMMENT xəbər verir ki, mövzu ilə bağlı yenisabah-a danışan müğənni Günel Ələkbərova (Pişik Günel) Məhərrəm ayında Moskvaya toy təklifi aldığını bildirib: “Məhərrəm ayında təkliflər bəzən gəlir, amma bu çox az olur. Ümumiyyətlə, bizdə bu ayda demək olar ki, toy, şənlik olmur. Amma Moskvada toylar bu ayda da davam edir. Mənə də Moskva toylarından təklif gəlib, amma övladım azyaşlı olduğu üçün onu qoyub gedə bilməmişəm”.

Müğənni bu ayda təklif alarsa, toya gedəcəyini deyib və qazancının məhz toylardan gəldiyini qeyd edib: “Uzun illərdir ki, Azərbaycanda bu aylar ağır aydı deyə toy edilmir, amma buna iş kimi yanaşmaq lazımdır. Bizlər müğənniyik, sənətimiz budur və pulumuz məhz bundan çıxır. Əgər tamamilə şənlik qadağan olsa, gərək heç kəs nə televiziyaya çıxıb oxusun, nə məclislərdə iştirak etsin, heç bir şey etməsin. Amma bizim pulumuz oxumaqdan çıxır. Düşünürəm ki, burada pis heç nə yoxdur və mənə bu ayda toy təklifi olsaydı gedib oxuyardım. Amma toylar yoxdur deyə, dəvət də almıram”.