2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993,2 manat təşkil edib.
NOCOMMENT.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, əmək haqqı neft-qaz sektorunda 3706,2 manat, qeyri neft-qaz sektorunda 943,3 manat təşkil edib.
“Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 953,3 manat, özəl müəssisələrdə isə 1034,5 manat olub”, – məlumatda deyilir.
2024-cü ilin yanvar-oktyabr aylarında iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əmək haqqı aşağıdakı kimi olub.