Estetik əməliyyatlar dünyanın hər yerində artıb. Estetik bədən və ya üz əməliyyatından sonra gələcəkdə şəxsi və ya övladlarını tanımamaq mümkündür.
Bu barədə NOCOMMENT.az-a Tibb üzrə Fəlsəfə Doktoru, dosent, plastik rekonstruktiv cərrah Rəşad Babayev açıqlamasında deyib.
“Plastik cərrahla bağlı kurslar keçilir və 5 ildən bir sertifikatlaşma aparılır. Amma bu sahədə qeyri-professional həkimlər də var ki, bu sahədə lisenziya və ya sertifikatları yoxdur. Gec-tez Nazirlik bu həkimlərlə bağlı tədbir görəcək.
Plastik cərrahiyədə uğursuz əməliyyatlar 20%-dək revizyon əməliyyatları ola bilər. Uğursuz əməliyyatların sayının artması bu günlərdə butik kosmetoloji mərkəzlərdə cərrahi əməliyyatların olunması, aseptikanın, antiseptikanın qorunmaması ilə bağlıdır. Təcrübəli həkimlərdə isə bu hallar baş vermir.
ISIM( İctimai Səhiyyə və İslahatlar Mərkəzi) deyə bir qurum var, həkimlər burada sertifikasiyadan keçir və qurum böyük bir məsuliyyət daşıyır. Bu qurumda həkimlər test və təcrübələrə əsasən keçirlər və bu həkimlərə 5 illik sertifikatlar verilir.
Estetik bədən və ya üz əməliyyatından sonra gələcəkdə şəxsi və ya övladlarını tanımamaq mümkündür”.
Hansı şəxslərə estetik əməliyyat etdirmək olmaz?
Plastik estetik cərrah qeyd edir ki, psixoloji problemli, spit (QİÇS) xəstəsi, ağ ciyər və ürəyin qüsurlu xəstəlikləri, böyrək və qaraciyər çatışmazlığı olan şəxslərə estetik əməliyyat olunması tövsiyyə olunmur.
Aişə Ədülova