Hansı şokolad növü xeyirlidir?backend

Hansı şokolad növü xeyirlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bazarda mövcud olan saysız-hesabsız şokolad növlərini görəndə, onlardan hansının digərlərindən daha xeyirli olduğunu düşünürük.

NOCOMMENT.az xarici mediaya istinadən xeyirli şokoladın xüsusiyyətlərini təqdim edir:

Südlü şokoladlar nə qədər dadlı olsalar da, onların strukturunda daha çox şəkər var. Südlü şokoladın tünd şokoladla müqayisədə yeganə üstünlüyü onun tərkibində süd olduğu üçün kalsium olmasıdır.

Açıq rəngli şokolad növlərini tünd şokoladla müqayisə etdikdə açıq rəngli şokoladlarda 15 dəfə çox natrium olduğunu görürük. Bundan əlavə, onların xolesterol səviyyəsi olduqca yüksəkdir.

Xeyirli şokolad dedikdə südlüyə nisbətən dadı acı olsa da ağıla ilk tünd şokolad gəlir. Çünki onun tərkibində təbii kakao var.

Şokolad seçərkən kakao nisbətinin nə qədər yüksək olduğunu öyrənmək üçün onun strukturunda olan qidalandırıcı maddələrin yazıldığı hissəni diqqətlə araşdırın. Bu yolla siz istəmədiyiniz süni aromatlar və ya əlavələr haqqında da məlumat əldə edə bilərsiniz.

Ən xeyirli şokolad növü tərkibində ən azı 70% kakao olan şokoladlardır.

şokolad
şokolad