Almaniyanın “Bavariya” klubunun üzvü Harri Keyn dünyanın ən yaxşı hücumçusu seçilib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, məşhur “FourFourTwo” nəşri ən yaxşı hücumçuların yenilənmiş siyahısını təqdim edib.
H.Keyn siyahının ilk pilləsində yer alıb. Bir neçə gün öncə İspaniyanın “Real” klubuna transfer olunan Kilian Mbappe ikinci yerdə qərarlaşıb. İngiltərə təmsilçisi “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann üçüncü olub.
“FourFourTwo”nun versiyasına görə ilk “10-luq”:
1. Harri Keyn (“Bavariya”, Almaniya)
2. Kilian Mbappe (“Real”, İspaniya)
3. Erlinq Holann (“Mançester Siti”, İngiltərə)
4. Viktor Osimhen (“Napoli”, İtaliya)
5. Aleksander İsak (“Nyukasl”, İngiltərə)
6. Lautaro Martines (“İnter”, İtaliya)
7. Son Hın Min (“Tottenhem”, İngiltərə)
8. Viktor Qyökeres (“Sportinq”, Portuqaliya)
9. Olli Uotkins (“Aston Villa”, İngiltərə)
10. Randal Kolo Muani (PSJ, Fransa)