ABŞ-ın hazırkı vitse-prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Kamala Harris ölkədə keçiriləcək seçkilərin nəticələrinin bütün dünya insanlarına təsir edəcəyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Bu seçkilərin nəticələri Amerika xalqına, eləcə də bütün dünya xalqlarına birbaşa təsir edəcək”, – RİA Novosti onun sözlərini yazır.
Harris əlavə edib ki, o, “baş nazirlər, kanslerlər və krallar” da daxil olmaqla 150-dən çox dünya lideri ilə görüşüb.