Harris demokratlardan ABŞ prezidentliyinə namizədlərin ən zəifi seçilibbackend

Harris demokratlardan ABŞ prezidentliyinə namizədlərin ən zəifi seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli vitse-prezident Kamala Harrisi Demokrat Partiyasının prezidentliyə irəli sürə biləcəyi ən zəif namizəd adlandırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində bildirib.

ABŞ prezidentliyi yarışının keçmiş iştirakçısının sözlərinə görə, Harrisin işi qeyri-qanuni immiqrasiya və sərhədlə bağlı olub, lakin o, bunun öhdəsindən gələ bilməyib. Heyli əlavə edib ki, Harrisin üstünlüyü onun yaşıdır, çünki o, kifayət qədər gənc namizəddir.

İyulun 24-də Respublikaçılar Partiyasından prezidentliyə namizəd və keçmiş dövlət başçısı Donald Tramp bildirib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə qalib gəlsə, ölkəni məhv edəcək.