Harris İranı ABŞ-ın əsas düşməni adlandırıbbackend

Harris İranı ABŞ-ın əsas düşməni adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran dünyanın bütün ölkələri arasında ABŞ-ın əsas düşmənidir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçılığına namizəd Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.

Jurnalistin ABŞ-ın əsas düşməni ilə bağlı sualını cavablandıran Harris İranı belə adlandırıb. O, İranın əllərinin Amerika qanına bulaşdığını xatırladıb. Buna görə də Harrisin fikrincə, İranın nüvə dövlətinə çevrilməsinin qarşısını almaq lazımdır.

Lakin Harris İranla müharibəyə hazır olub-olmadığını söyləməkdən imtina edib.

Eyni zamanda Harris vurğulayıb ki, ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə onun əsas prioriteti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olacaq.