Harris: “İsrail və Fələstin arasındakı münaqişəyə son qoymaq üçün “iki dövlətli həll” hazırlanmalıdır”backend

Harris: “İsrail və Fələstin arasındakı münaqişəyə son qoymaq üçün “iki dövlətli həll” hazırlanmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail və Fələstin arasındakı münaqişəyə son qoymaq üçün “iki dövlətli həll” hazırlanmalıdır. 

NOCOMMENT.az xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bu barədə CNN telekanalına seçkiqabağı ilk müsahibəsində bildirib .

“Fələstin-İsrail münaqişəsini həll etmək üçün iki dövlətli həll üzərində işləmək lazımdır”, – siyasətçi qeyd edib.

Bundan əlavə, Harris atəşkəs və Qəzza zolağında girovların azad edilməsi üçün razılığın əldə olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu “müharibə bitməlidir”.

Avqustun 26-da Reuters agentliyi İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında Qəzza zolağında atəşkəs və girovların qaytarılması ilə bağlı danışıqların heç bir nəticə vermədiyini bildirib . “Qəzzə ilə bağlı mümkün razılaşma üzrə danışıqlar Qahirədə başa çatdı , nə Həmas, nə də Təl-Əviv vasitəçilərin təqdim etdiyi bir neçə təklifi qəbul etmədi”, – material müəllifləri bir sıra mənbələrə istinadən bildirirlər.