İsrail və Fələstin arasındakı münaqişəyə son qoymaq üçün “iki dövlətli həll” hazırlanmalıdır.
NOCOMMENT.az xəbər verir ki, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris bu barədə CNN telekanalına seçkiqabağı ilk müsahibəsində bildirib .
“Fələstin-İsrail münaqişəsini həll etmək üçün iki dövlətli həll üzərində işləmək lazımdır”, – siyasətçi qeyd edib.
Bundan əlavə, Harris atəşkəs və Qəzza zolağında girovların azad edilməsi üçün razılığın əldə olunmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, bu “müharibə bitməlidir”.
Avqustun 26-da Reuters agentliyi İsrail və Fələstinin HƏMAS radikal hərəkatı arasında Qəzza zolağında atəşkəs və girovların qaytarılması ilə bağlı danışıqların heç bir nəticə vermədiyini bildirib . “Qəzzə ilə bağlı mümkün razılaşma üzrə danışıqlar Qahirədə başa çatdı , nə Həmas, nə də Təl-Əviv vasitəçilərin təqdim etdiyi bir neçə təklifi qəbul etmədi”, – material müəllifləri bir sıra mənbələrə istinadən bildirirlər.