Harris Trampı sağlamlıq məlumatlarını gizlətməkdə günahlandırıbbackend

Harris Trampı sağlamlıq məlumatlarını gizlətməkdə günahlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd və vitse-prezident Kamala Harris keçmiş prezident Donald Trampı səhhəti ilə bağlı məlumatları gizlətməkdə ittiham edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Aydındır ki, onun komandası, ən azı, amerikalıların onun kim olduğunu görməsini istəmir. Mənə aydındır ki, o və komandası Amerika xalqının həqiqətən onun nə etdiyini və prezident olmağa uyğun olub olmadığını görməsini istəmir”, – Harris Vaşinqtondan kənarda yerləşən Endryus Hərbi Hava Qüvvələri bazasında jurnalistlərə danışarkən deyib.

O vurğulayıb ki, Trampın səhhəti ilə bağlı fərziyyələr irəli sürmək fikrində deyil, lakin hesab edir ki, seçicilər onun çıxışlarını izləməli və bacarıqlarını müstəqil qiymətləndirməlidirlər.

Şənbə günü 59 yaşlı Kamala Harris ilk dəfə tibbi müayinənin nəticələrini açıqlayıb və onun vəziyyətinin əla olduğunu və prezident kimi fəaliyyət göstərə biləcəyini təsdiqləyib. Eyni zamanda, avqust ayında Donald Tramp tibbi müayinələrin və psixi testlərinin nəticələrini təqdim edəcəyinə söz verərək, bu yaxınlarda müayinədən keçdiyini və “əla qiymət” aldığını bildirib.