Harris: Yaxın Şərqdə gərginliyin azaldılması ABŞ-ın prioritetlərindən biridirbackend

Harris: Yaxın Şərqdə gərginliyin azaldılması ABŞ-ın prioritetlərindən biridir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdə vəziyyətin stabilləşməsi ABŞ administrasiyasının prioritetlərindən biridir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harris Miçiqanda jurnalistlərə müsahibəsi zamanı bildirib.

“Bir neçə saat əvvəl mən prezident Co Bayden və milli təhlükəsizlik komandamızla uzun və vacib söhbəti bitirdim. Əlbəttə, biz İsrailin özünümüdafiə hüququnu dəstəkləməyin vacib olduğuna inanırıq. Biz həm də qəti şəkildə inanırıq ki, Gələcəkdə biz regionda deeskalasiyaya nail olmalıyıq və bu, bizim prioritetimiz olacaq”, – deyə o, İsrailin İrana zərbələrini şərh edərkən bildirib.

O həmçinin bunu regiondakı hər kəsə açıq şəkildə bildirmək üçün ABŞ dövlət katibi Antoni Blinkenin bu həftə bir neçə gün orada olduğunu deyib.

Harris daha sonra sözlərinə belə davam edib: “Biz bu müharibəni bitirmək üçün çalışmaq istəyirik. Bu müharibə bitməlidir. Biz girovları azad etməliyik. Biz həmçinin iki dövlətli həll yolunda çalışırıq”.