ABŞ-ın vitse-prezidenti, Demokratların dövlət başçısı vəzifəsinə namizədliyinə əsas namizəd Kamala Harris ABŞ-ın keçmiş lideri Donald Trampla sentyabrda keçiriləcək debatda görüşməyə hazır olduğunu açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Onun sözlərinə görə, söhbət hələ Ağ Evin hazırkı rəhbəri Co Bayden yarışı tərk etməzdən əvvəl planlaşdırılan 10 sentyabr debatından gedir.
“Mən Donald Trampla müzakirə etməyi səbirsizliklə gözləyirəm və 10 sentyabr tariximiz var”, – deyə Harris bildirib.