Hatay xəritədən silindibackend

Hatay xəritədən silindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələdən zərər çəkən Hatay vilayətində baş verən zəlzələ ilə böyük dağıntılar yaşanarkən, ailəsi dağıntılar altında qalan biri şəhərin xəritədən silindiyini bildirib.

NOCOMMENT xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələdən ən çox zərər çəkən vilayətlərdən biri olan Hatayda bir çox bina dağılıb.

Şəhərin giriş yolunda çatlar əmələ gələrkən, özəl xəstəxana, polis bölməsi, avtoqalereyalar, bir çox dövlət qurumu binaları və iş yerləri dağılıb. Dağılmış mənzillərin qarşısında dayanmış çoxlu avtomobilin dağıntılar altında qaldığı görülüb.