Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar – VİDEObackend

Hava Hücumundan Müdafiə bölmələri mövqelərini tutublar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Genişmiqyaslı əməliyyat-taktiki təlimlər çərçivəsində Hava Hücumundan Müdafiə (HHM) bölmələri yaşayış məntəqələrinin, müxtəlif təyinatlı obyektlərin və canlı qüvvənin şərti düşmənin hava hücumu vasitələrindən müdafiəsi üzrə təlim-döyüş tapşırıqlarının icrası məqsədilə yürüş edərək mövqe rayonlarını tutublar.

Müdafiə Nazirliyindən NOCOMMENT.az-a verilən məlumata görə, HHM-in döyüş heyətləri həmçinin təlimə cəlb olunan şəxsi heyət və döyüş texnikasının düşmənin aviasiya vasitələrinin atəş zərbələrindən müdafiəsini təmin edəcəklər.