Moskva vilayətində bölgəyə hücum edən pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə özünün Telegram kanalında Moskva meri Sergey Sobyanin məlumat verib.
Pilotsuz təyyarənin qalıqları tapılıb, hadisə yerində fövqəladə hallar xidmətinin mütəxəssisləri hadisənin başvermə şəraitini araşdırmaq üçün çalışırlar.
“Moskva vilayətinə hücum edən pilotsuz uçan aparat məhv edilib. Təcili yardım xidmətlərinin mütəxəssisləri dağıntıların olduğu yerdə işləyir”, – merin saat 18:28-də dərc olunmuş yazısında deyilir.
Bir saatdan az əvvəl Rusiya hava hücumundan müdafiə qüvvələri paytaxta doğru hərəkət edən daha bir PUA-nı vurub.