Hava hücumundan müdafiə sistemləri Xankəndidən Zəngəzura köçürülürbackend

Hava hücumundan müdafiə sistemləri Xankəndidən Zəngəzura köçürülür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycan ərazilərindən çəkilməyə davam edir.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, hava hücumundan müdafiə sistemlərinin Xankəndidən çıxarıldığı xəbər verilir.

Əsasən, “9K33 Osa”, “9K35 Strela-10” özüyeriyən zenit raket kompleksləri və “9K38 İqla” zenit-raket kompleksindən ibarət sistemlər Ermənistanın Gorus şəhərinə aparılır. Hərbi kolonu Rusiya sülhməramlıları müşaiyət edir.

Azərbaycan Ordusu 44 günlük döyüşlər zamanı düşmənin Hava Hücumundan Müdafiə Sistemini tam darmadağın etdiyi üçün bölgədən çıxarılan sistemlərin sayı cüzidir.