Hava kəskin dəyişəcək: qar yağacaqbackend

Hava kəskin dəyişəcək: qar yağacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq. Yolların buz bağlayacağı gözlənilir.