Bakı aeroportuna işləyən avtobuslar 24 saat fəaliyyət göstərəcək.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “BakuBus” MMC-dən məlumat verilib.
Qeyd olunub ki, sözügedən qərar bu gündən icra ediləcək:
“Bu gündən etibarən H1-Airport Express marşrut xətti 24 saat fəaliyyət göstərəcək. Marşrut xətti üzrə avtobuslar gündüz saatlarında 20 dəqiqəlik intervalla, gecələr isə 45 dəqiqədən bir hərəkət edəcək”.