Hava limanında erməni diplomatlar soyunduruldubackend

Hava limanında erməni diplomatlar soyunduruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanın “Vasil Levski” hava limanında Ermənistan nümayəndə heyəti ilə bağlı diplomatik qalmaqal yaşanıb. “PostMedia” xəbər verir ki, bu barədə “Blitz” nəşri məlumat yayılıb.

Məlumata görə, oktyabrın 1-də Ani şəhərinin meri Arman Saribekyanın rəhbərlik etdiyi heyət Bolqarıstana səfər edərkən alçaldıcı yoxlamaya məruz qalıb. Belə ki, nümayəndə heyətinin üzvlərini tam soyunmağa məcbur ediblər, sorğu-sual aparıblar və bir neçə saat xidməti otaqlarda saxlayıblar.

Səfər Novi Pazar şəhərinin meri Georgi Georgiyevin dəvəti ilə baş tutub. Merin sözlərinə görə, bütün iştirakçılar Şengen vizaları da daxil olmaqla lazımi sənədlərə malik olublar. Buna baxmayaraq, gecə saat 02:20-də sərhəd polisi onları saxlayıb.

“Qonaqlarımızı ayrıca otaqlara aparıblar, tam yoxlamadan keçiriblər, şəxsi əşyalarını açıblar, hətta gətirdikləri hədiyyə rəsmin çərçivəsini sındırıblar”, – deyə Georgiyev bildirib. O qeyd edib ki, polislər nümayəndə heyətini “sərhədi qanunsuz keçmək və Avstriyaya getmək niyyətində” olmaqda şübhəli biliblər.

Heyət iki saat yarım sonra azad edilsə də, onlara oktyabrın 4-də ölkəni tərk etmələri barədə göstəriş verilib, əks halda giriş qadağası ilə hədələniblər.

Ermənistanın Bolqarıstandakı səfiri Tsovinar Hambardzumyan bu ölkənin Xarici İşlər Nazirliyinə rəsmi etiraz notası göndərib və “dost ölkənin rəsmi nümayəndə heyətinə qarşı qəbuledilməz və alçaldıcı davranışı” pisləyib.

 

Hadisəyə baxmayaraq, erməni nümayəndə heyəti Novi Pazarda keçirilən bayram tədbirlərinə iştirak edə bilib.