Hava Proqnozu: XƏBƏRDARLIQbackend

Hava Proqnozu: XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə aprelin 5-də havanın temperaturu gecə 8-11 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

Bakıda gecə 8-11 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq.

Aprelin 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-4 dərəcə şaxta, gündüz 7-12 dərəcə, bəzi нerlərdə 15-20 dərəcə isti olacaq.

Xəbərdarlıq

Aprelin 5-də gün ərzində Bakıda və Abşeron yarımadasında cənub küləyinin arabir 15-18 m/s-dək güclənəcəyi gözlənilir. “Report”