Hava Şarları Festivalından ilk görüntülər – FOTO/VİDEObackend

Hava Şarları Festivalından ilk görüntülər – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şamaxıda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.

NOCOMMENT Oxu.az-a istinadən xəbər verir ki, bu ərəfədə festival üçün hazırlanan şarların bəzilərinin ilk görüntüləri yayılıb.

Havaya qalxacaq şarlar maraqlı dizaynları ilə fərqlənirlər.

Xatırladaq ki, iyunun 18-də Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəngdə, fərqli forma və dizaynda hazırlanmış hava şarları qalxacaq.

Uçuş Şamaxının tarixi və müasir mənzərəli yerlərini əhatə edəcək. Hava şarlarını beynəlxalq sertifikatlı pilotlar idarə edəcək.

Bu, bölgəmizim turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq.