Hava şəraiti uçuşlara İMKAN VERMƏDİbackend

Hava şəraiti uçuşlara İMKAN VERMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlverişsiz hava şəraiti ilə əlaqədar Tbilisi Beynəlxalq Hava limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib.

Pis hava şəraiti ötən gün də hava limanının fəaliyyətində problemlər yaradıb. Moskva-Tbilisi reysini yerinə yetirən təyyarə duman səbəbindən Tbilisiyə təxminən 4 saat gec enib. Bundan başqa, İrəvan-Tbilisi reysini həyata keçirən təyyarə İrəvana qayıdıb. Tehrandan Gürcüstanın paytaxtına uçan təyyarə də geri dönməli olub.

Sinoptiklər Gürcüstanda yanvarın 16-dan hava şəraitinin yaxşılaşacağını proqnozlaşdırırlar.