Hava yenidən soyuyacaq, yağışlar ara verməyəcəkbackend

Hava yenidən soyuyacaq, yağışlar ara verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 2 gündə paytaxt Bakıda və bölgələrdə havanın yağmurlu keçməsi müşahidə edilir. Bu isə özlüyündə havanın temperaturunun aşağı düşməsi ilə nəticələnib.

Bəs görəsən yağıntılı hava şəraiti nə qədər davam edəcək?

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan “Biosfer” İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli bildirib ki, yağıntılı hava şəraiti ay ərzində də özünü göstərəcək:

“Respublika ərazisində bahara xas hava şəraiti var. Bu hava şəraiti mövsümə uyğun yağıntılardır. Əgər aprel ayı quru və isti keçsəydi, o zaman anormallıqdan bəhs edə bilərdik. Hazırda normal yağıntılar yağır və sabahdan hava açılacaq. Bu yaxıntılar ay ərzində də davam edəcək. Hətta may ayında da paytaxt Bakıda, o cümlədən regionlarımızda da yağıntılar olacaq”.