Havada toz dumanı müşahidə edilirbackend

Havada toz dumanı müşahidə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

NOCOMMENT-in məlumatına görə, Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir: “Dispers toz hissəcikləri Xətai rayonunda 4.3, Nizami rayonunda 2.4, Səbail rayonunda 2.5 dəfə normadan yüksək qeydə alınıb”.

G.Məmmədovanın sözlərinə görə, sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.