Havanın çirklənməsi ürək ritminin pozulmasına səbəb olurbackend

Havanın çirklənməsi ürək ritminin pozulmasına səbəb olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çində 200.000-ə yaxın insanın xəstəxanaya qəbulu əsasında aparılan bir araşdırma, havanın çirklənməsinin qəfil artmasının ürək ritminin pozulması riskini artırdığını ortaya qoyub.

NOCOMMENT.az xəbər verir ki, Şanxayda Fudan Universitetindən Dr. Renjie Çen araşdırma ilə bağlı açıqlama verib.

Çen, risklərin ilk bir neçə saatda ortaya çıxdığını və 24 saat davam edə biləcəyini söyləyib.

Sözügedən tədqiqat Çində təxminən 200.000 xəstə qəbuluna əsaslanıb.

Qeyd edək ki, keçən il aparılan bir araşdırma da incə hissəcikli hava çirkliliyi ilə sağlam gənclərdə baş verən ürək aritmiyaları arasında əlaqə olduğunu ortaya çıxarıb.

NOCOMMENT.AZ